...

İranın Bəndər Abbas şəhərində yenidən zəlzələ baş verib

Dünya xəbərləri Materials 11 Avqust 2012 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /Trend müxbir T.Cəfərov/

İranın Bəndər Abbas şəhərində Rixter cədvəli üzrə 3,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat veirr.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla bu gün səhər saat 07:58-də baş verdiyini bildirib.

Zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, avqustun 8-də də Bəndər Abbas şəhərində Rixter cədvəli üzrə 3,9 bal gücündə zəlzələ baş vermişdi.

Xəbər lenti

Xəbər lenti