...

Azad Suriya Ordusu: Türkiyədən silah dəstəyi almırıq

Dünya xəbərləri Materials 5 Sentyabr 2012 10:07 (UTC +04:00)
Azad Suriya Ordusunun səhra komandirlərindən olan Abdulqadir Əs-Salah ölkədəki nizami orduya qarşı silahlı mübarizə aparmaq üçün Türkiyədən bu vaxta qədər silah dəstəyi almadıqlarını bildirib.
Azad Suriya Ordusu: Türkiyədən silah dəstəyi almırıq

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir R.Hafizoğlu/

Azad Suriya Ordusunun səhra komandirlərindən olan Abdulqadir Əs-Salah ölkədəki nizami orduya qarşı silahlı mübarizə aparmaq üçün Türkiyədən bu vaxta qədər silah dəstəyi almadıqlarını bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verib.

Əs-Salah onu da bildirib ki, hazırda Suriyanın bir çox şəhərləri qismən də olsa, Azad Suriya Ordusunun nəzarəti altındadır.

Onun sözlərinə görə, Hələb şəhərinin 70 faizi Azad Suriya Ordusunun nəzarətindədir.

Xəbər lenti

Xəbər lenti