...

Putin əcnəbilərin Rusiya uşaqlarını övladlığa götürməsini qadağan edən qanun imzalayıb

Dünya xəbərləri Materials 28 Dekabr 2012 14:24 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin əcnəbilərin uşaqları övladlığa götürməsini qadağan etməyi nəzərdə tutan "Dima Yakovlev qanunu"nu imzalayıb.
Putin əcnəbilərin Rusiya uşaqlarını övladlığa götürməsini qadağan edən qanun imzalayıb

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Rusiya Prezidenti Vladimir Putin əcnəbilərin uşaqları övladlığa götürməsini qadağan etməyi nəzərdə tutan "Dima Yakovlev qanunu"nu imzalayıb. Trend-in məlumatına görə, bu barədə RİA-Novosti Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

Qanun 2013-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

"İnsanın əsas hüquq və azadlıqları, RF vətəndaşlarının əsas hüquq və azadlıqlarının pozulmasında iştirak edən şəxslərə təsir tədbirləri haqqında" qanun və deputatların adlandırdıqları "Dima Yakovlev qanunu" dekabrın 21-də Dövlət Duması tərəfindən qəbul edilib və dekabrın 26-da Federasiya Şurasında yekdilliklə bəyənilib.

Sənədə RF-yə girişi qadağan ediləcək ABŞ vətəndaşlarının siyahısı daxil edilməyib.

"Dima Yakovlev qanunu" rusiyalıların hüquqlarını pozan və ya onlara qarşı cinayətlərdə iştirak edən amerikalıların siyahısının tərtib edilməsini nəzərdə tutur. Onlara Rusiyaya giriş qadağan ediləcək, RF ərazisində onların nəzarətində olan hüquqi şəxslərin fəaliyyəti dayandırılacaq. Norma təkcə amerikalılara deyil, rusiyalıların hüququnu pozan istənilən ölkənin vətəndaşlarına şamil edilir. Qanun, həmçinin fəaliyyəti RF-nin maraqlarını təhdid edən, ABŞ-dan maliyyələşdirilən Rusiyadakı siyasi qeyri-kommersiya təşkilatları və qeyri-kommersiya təşkilatlarının fəaliyyətinə qadağa qoyur.

Qanun dünyasını dəyişmiş ikiyaşlı rusiyalı oğlanın və ABŞ-lı valideynlər tərəfindən övladlığa götürülmüş ölən və xəsarət alan bütün kiçik rusiyalı uşaqların xatirəsinə belə adlandırılıb. Dima Yakovlevi övladlığa götürmüş amerikalı ata avtomobildə gün dəyən yerdə saxlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti