...

İran "Sepah" generalının öldürüldüyünü təsdiqləyib

Dünya xəbərləri Materials 14 Fevral 2013 12:55 (UTC +04:00)
İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") ictimaiyyətlə əlaqələr üzrə rəsmi nümayəndəsi Ramazan Şərif general Həsən Şaterinin "sionist rejimin muzdluları" tərəfindən öldürüldüyünü təsdiqləyib.
İran "Sepah" generalının öldürüldüyünü təsdiqləyib

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, D.Xatınoğlu/

İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") ictimaiyyətlə əlaqələr üzrə rəsmi nümayəndəsi Ramazan Şərif general Həsən Şaterinin "sionist rejimin muzdluları" tərəfindən öldürüldüyünü təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Fars" agentliyi xəbər yayıb.

Şərifin sözlərinə görə, həlak olan general Livanda İİKK mənzil-qərargahının yenidən qurulması işlərinə rəhbərlik edirdi.

General Həsən Şateri çərşənbə axşamı Suriyadan Livana gedərkən yolda öldürülüb.

"Sepah" nümayəndəsinin qətlində İsrailin xüsusi xidmət orqanları günahlandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti