...

RF DİN: Çelyabinskdə meteoritin düşməsindən xəsarət alanların sayı 950-yə çatıb (VİDEO) (ƏLAVƏ OLUNUB-2)

Dünya xəbərləri Materials 15 Fevral 2013 17:33 (UTC +04:00)
Urala meteorit parçalarının düşməsindən sonra 470-dən çox adam yardım üçün müraciət edib, onlardan 22-si xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə RF FHN İnformasiya İdarəsinin rəis müavini Yelena Smirnıx məlumat verib.
RF DİN: Çelyabinskdə meteoritin düşməsindən xəsarət alanların sayı 950-yə çatıb (VİDEO) (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:30-da yayılıb)

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Urala meteorit parçalarının düşməsindən sonra 470-dən çox adam yardım üçün müraciət edib, onlardan 22-si xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə RF FHN İnformasiya İdarəsinin rəis müavini Yelena Smirnıx məlumat verib.

"Tibbi yardım üçün müraciət edənlərin sayı 474 nəfərdir", - Smirnıx bildirib.

"Xəsarət alanlar arasında 10 uşaq var, buna baxmayaraq, onlar ciddi zədə almayıblar", - "Vesti FM" FHN-in Böhranlı vəziyyətlərin idarə olunması Milli Mərkəzinin rəhbəri Vladimir Stepanova istinadən məlumat verir.

Çelyabinsk vilayətinə meteoritin düşməsi nəticəsində xəsarət alan 514 nəfərdən 112-nin xəstəxanaya yerləşdirilməsi lazım gəlib. Trend-in məlumatına görə, bu barədə cümə günü RİA Novosti-yə RF FHN-in rəsmi nümayəndəsi İrina Rossius bildirib.

"514 nəfər xəsarət alıb, onların arasında 84 uşaq var. 112 nəfər xəstəxanaya yerləşdirilib, - Rossius deyib.

O, hazırda xəstəxanaya aparılan uşaqların sayının dəqiqləşdirildiyini qeyd edib.

Cümə günü Çelyabinsk vilayətində meteor qırıntılarının düşməsindən xəsarət alanların sayı 950 nəfərədək artıb. Bu barədə regionun qubernatoru Mixail Yureviç bəyan edib. Məlumatı RİA Novosti yazır.

"Zərər çəkənlərin sayı 950 nəfərə yaxındır", - o bildirib.

Qubernator əlavə edib ki, xəsarət alanlardan 2/3-si tamamilə yüngül yaralar alıb. O, həmçinin bildirib ki, Kopeyskdə iki ağır hadisə qeydə alınıb. Belə ki, pəncərə çərçivələri insanların üzərinə düşüb.

Qeyd edək ki, Uralda meteorit yağışı baş verib. Fövqəladə hadisə Tümen, Kurqansk, Sverdlovsk vilayətlərinin, eləcə də Qazaxıstanın şimal ərazilərinin sakinlərinə ziyan vurub. Lakin əsas xəsarətlər Çelyabinsk vilayətində qeydə alınıb. Belə ki, burada binaların əksəriyyətinin şüşələri sınıb.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti