...

İran Xəzərdə yeni eskadra mina gəmisini istifadəyə verib

Dünya xəbərləri Materials 17 Mart 2013 18:18 (UTC +04:00)
İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) istehsalı olan "Camaran 2" eskadra mina tral gəmisi bazar günü Xəzər dənizində HDQ-nin istifadəsinə verilib.
İran Xəzərdə yeni eskadra mina gəmisini istifadəyə verib

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir D. Xatınoğlu/

İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) istehsalı olan "Camaran 2" eskadra mina tral gəmisi bazar günü Xəzər dənizində HDQ-nin istifadəsinə verilib.

"Camaran 2" eskadra mina tral gəmisinin Xəzərdə istifadəyə verilməsi mərasimində İran prezidenti Mahmud Əhmədinejad, İranın müdafiə naziri Əhməd Vəhidi və Silahlı Qüvvələrin baş qərargah rəisi Həsən Firuzabadi iştirak ediblər. Trend-in məlumatına görə, bu barədə İranın Mehr agenltiyi xəbər verir.

"Camaran 2" eskadra mina tral gəmisi inkişaf etdirilmiş texnologiyalarla təchiz olunub. "Camaran 1" eskadra mina tral gəmisi ilk dəfə 2010-cu ilin fevral ayında Fars körfəzi sahillərində İran HDQ-sinin istifadəsinə verilib.

"Camaran" gəmisi İran mütəxəssisləri tərəfindən hazırlanıb və istehsal edilib.

"Camaran" suyun üzərində, altında və havada yerləşən hədəflərlə döyüşmək qabiliyyətinə malikdir. Bundan əlavə, gəminin göyərtəsində helikopter yerləşdirmək mümkündür. Gəmi "elektron müharibədə" də istifadə oluna bilər.

İran KİV-nin məlumatına görə, "Camaran 2" eskadra mina tral gəmisində yeni nəsil texnologiyalardan istifadə olunub. Yeni gəmi "Camaran 1" gəmisinin inkişaf etdirilmiş formasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti