...

Ermənistan Göy məscidin UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınması üzrə ərizə verəcək

Dünya xəbərləri Materials 19 Aprel 2013 14:47 (UTC +04:00)
Ermənistan Yerevandakı Göy məscidin UNESCO-nin Dünya Mədəni İrsi siyahısına salınması üçün ərizə təqdim etmək niyyətindədir. Trend-in cümə günü Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu ölkənin mədəniyyət naziri vəzifəsini icra edən Asmik Poqosyan deyib.
Ermənistan Göy məscidin UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınması üzrə ərizə verəcək

Azərbaycan, Bakı, 19 aprel / Trend /

Ermənistan Yerevandakı Göy məscidin UNESCO-nin Dünya Mədəni İrsi siyahasına salınması üçün ərizə təqdim etmək niyyətindədir. Trend-in cümə günü Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu ölkənin mədəniyyət naziri vəzifəsini icra edən Asmik Poqosyan deyib.

"Hazırda biz ərizə üzərində işləyirik, bundan sonra onu müəyyən edilmiş prosedura uyğun olaraq UNESCO-ya təqdim edəcəyik" , - Poqosyan iranlı həmkarı Seyid Məhəmməd Hüseyni ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə grörə, Ermənistan tərəfi ərizəni tərtib etməyə kömək edəcək iranlı ekspertləri artıq dəvət edib.

Ekspertlərin fikrincə, Göy məscidin İranla heç bir əlaqəsi yoxdur. Milli Məclisin deputatı, professor Musa Qasımlının sözlərinə görə, bu məscid Azərbaycanın tarixi və mədəni abidəsidir.

Qeyd edək ki, Göy məscid 1766-ci ildə İrəvan xanlığının yerli türk xanı Hüseynqulu xan Qacar tərəfindən inşa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti