...

İranda qeydiyyat prosesinin ilk günündə 75 nəfər ərizə verib

Dünya xəbərləri Materials 8 May 2013 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/

İranda prezident seçkilərində iştirak üçün qeydiyyat prosesinin ilk günündə 75 nəfər öz namizədliyi irəli sürüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Mehr" agentliyi İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccara istinadən xəbər yayıb.

Onun sözlərinə görə, qeydiyyatın hər gününün sonunda seçki qərargahı qəbul edilən ərizələri Keşikçilər Şurasınayönəldəcək.

"IRINN" telekanalı məlumat verir ki, mayın yeddisindən etibarən İranda prezidentliyə namizədlərin rəsmi qeydiyyatı başlayıb.

75 namizəddən beş nəfəri siyasətçidir: Sadek Vaez Zadə, Həsən Ruhani, Mustafa Kavakebian, Məhəmməd Saedikiyyə və Kamran Bağırı Lənkərani.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti