...

Türkiyənin İzmir şəhərində 360-dan çox nümayişçi saxlanılıb

Dünya xəbərləri Materials 4 İyun 2013 03:18 (UTC +04:00)
Türkiyənin İzmir əyalətində gün ərzində İstanbulun Taksim meydanında etiraz aksiyasına dəstək verən 368 nəfər nümayiş iştirakçısı saxlanılıb.
Türkiyənin İzmir şəhərində 360-dan çox nümayişçi saxlanılıb

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Türkiyənin İzmir əyalətində gün ərzində İstanbulun Taksim meydanında etiraz aksiyasına dəstək verən 368 nəfər nümayiş iştirakçısı saxlanılıb. Trend-in Anadolu agentliyinə istinadən bazar ertəsi verdiyi məlumata görə, bu barədə əyalətinin qubernatoru Mustafa Toprak bildirib.

Onun sözlərinə görə, 32 polis nəfəri nümayişçilərlə toqquşmalarda zərər çəkib.

Nümayişçilər 31 bank bölməsinə, 42 mağaza və kafeyə zərər vurublar, 20-dən çox nəqliyyat vasitəsini yandırıblar, qubernator əlavə edib.

Xəbər lenti

Xəbər lenti