...

Terrorçunun hücumu nəticəsində Əfqanıstanda 6 gürcü hərbçisi həlak olub

Dünya xəbərləri Materials 7 İyun 2013 04:15 (UTC +04:00)
Terrorçunun Gürcüstanın Müdafiə Nazirliyinin bazasına hücumu nəticəsində altı gürcü hərbiqulluqçusu həlak olub.
Terrorçunun hücumu nəticəsində Əfqanıstanda 6 gürcü hərbçisi həlak olub

Gürcüstan, Tiflis, 7 iyun /Trend, müxbir N.Kirtsxalia/

Terrorçunun Gürcüstanın Müdafiə Nazirliyinin bazasına hücumu nəticəsində altı gürcü hərbiqulluqçusu həlak olub. Bu barədə Trend-ə Gürcüstanın MN-in Birləşmiş qəra

Onun sözlərinə görə, daha 9 hərbiqulluqçu yaralanıb, lakin onların həyatlarına təhlükə yoxdur və onlar hospitala yerləşdiriliblər.

Dzneladze qeyd edib ki, terrorçu gürcü hərbiqulluqçularının bazasının yanında yük maşınını partladıb. Partlayış nəticəsində kaprallar Ortovadze, Aqamov, sıravilər Qurqenaşvili, Narimanişvili, Suqoşvili və Sulxanişvili həlak olublar. Daha bir hərbçi - Quçaşvilini dağıntılar altında axtarılır.

"Bu itkilərə və ordumuza vurulan çox ağır zərbəyə baxmayaraq, bizim hərbçilərimiz tam döyüş hazırlığındadır və hücum edənlərə qarşı müqavimət göstərməyə hazırdırlar", həlak olmuşların yaxınlarına və doğmalarına dərin başsağlığını ifadə edərək Dzneladze bildirib.

Onlar bir neçə gün ərzində vətənə gətiriləcəklər.

Gürcüstan Əfqanıstanda NATO missiyası çərçivəsində artıq 28 hərbiqulluqçu itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti