...

Ərdoğan: İnsanımıza zərər verməsinə göz yuma bilmərik

Dünya xəbərləri Materials 7 İyun 2013 05:40 (UTC +04:00)
Gezi parkı nümayişləri nəticəsində 3 nəfərin həyatını itirdik, 2 gənc və 1 polis işçisi şəhid olub
Ərdoğan: İnsanımıza zərər  verməsinə göz yuma bilmərik

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Gezi parkı nümayişləri nəticəsində 3 nəfərin həyatını itirdik, 2 gənc və 1 polis işçisi şəhid oldu.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan Afrika ölkələrinə səfərindən qayıdarkən İstanbul hava limanında bəyan edib:

"Biz yandırıb dağıtmağa və insanımıza zərər verməsinə göz yuma bilmərik".

Ərdoğanın sözlərinə görə, Türkiyədə yaşanan hadisələr analiz edilib, dəyərləndirildikdən sonra müvafiq addımlar atılacaq.

Türkiyənin Baş naziri vandalizmə dönən nümayişlərin dərhal dayandırılmasınıtələb edib: "Mən demokratik xüsusiyyətini itirmiş və sadəcə adi bir vandalizmə çevrilmiş nümayişlərin dərhal dayandırılmasına çağırıram".

İstanbulun Gezi parkında ağacların kəsilməsinə qarşı etiraz aksiyalarının dalğasında yaranmış qarışıqlıqların gedişatında cəmi 915 nəfər xəstəxanaya yerləşdirilib.

Məlumatlara görə, bu gün xəstəxanalarda 79 nəfər müalicə alır, 8 nəfər intensiv terapiya palatasındadır, onlardan 4-nün vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti