...

Türkiyə Prezidenti və İranın yeni seçilən rəhbəri arasında telefon danışığı baş tutub

Dünya xəbərləri Materials 25 İyun 2013 13:08 (UTC +04:00)
Türkiyə prezidenti Abdullah Gül və İranın yeni seçilən rəhbəri Həsən Ruhani arasında telefon danışığı baş tutub.
Türkiyə Prezidenti və İranın yeni seçilən rəhbəri arasında telefon danışığı baş tutub

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbirlər A.Bədəlova, D.Xatınoğlu /

Türkiyə Prezidenti Abdullah Gül və İranın yeni seçilən rəhbəri Həsən Ruhani arasında telefon danışığı baş tutub. Bu barədə Trend "İSNA" agentliyinə istinadən xəbər yayıb.

Türkiyə Prezidenti iyunun 14-də İranda keçirilən prezident seçkilərində qalib gəlməsi münasibəti ilə Ruhanini təbrik edib.

Xatırladaq ki, Həsən Ruhani iyunun 14-də keçirilən seçkilərdə 50,7 faiz səs toplamaqla İranın yeni Prezidenti seçilib. Yeni seçilən Prezidentin inaqurasiya mərasimi avqustun üçü keçiriləcək.

Gül telefon danışığı zamanı Ruhaninin rəhbərliyi ilə yeni administrasiyanın işinin müvəffəqiyyətli olacağını ümid etdiyini bildirib və İran və Türkiyə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə çağırıb.

Öz növbəsində, Ruhani Türkiyə və İran arasında əməkdaşlığın dərinləşməsinin regionda böhranlı məsələlərin həll olunmasına, o cümlədən sabitliyin təmin olunmasına gətirəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti