...

İstanbul valisi: Gezi parkı tezliklə əhali üçün açılacaq

Dünya xəbərləri Materials 28 İyun 2013 04:27 (UTC +04:00)
İki həftədən çox bağlanmış Gezi parkı bələdiyyə işləri yekunlaşandan bir neçə gün sonra əhali üçün açılacaq.
İstanbul valisi: Gezi parkı tezliklə əhali üçün açılacaq

Azərbaycan, Bakı, 28 iyun /Trend/

İki həftədən çox bağlanmış Gezi parkı bələdiyyə işləri yekunlaşandan bir neçə gün sonra əhali üçün açılacaq. Trend-in Todays Zaman qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə İstanbul valisi Hüseyn Avni Mutlu cümə günü deyib.

Polis Gezi parkın ərazisində çadır quran nümayişçiləri dağıdandan sonra park bağlanılıb.

Hakimiyyət nümayəndələrinin sözlərinə görə,Türkiyədə 20 gündən artıq davam edən etiraz aksiyaları dövlət əleyhinə yönəlib.

Taksim meydanı və Gezi parkı iyunun 15-də polis tərəfindən etiraz edənlərdən tamamilə təmizlənib.

Xəbər lenti

Xəbər lenti