Azərbaycan, Bakı, 11 iyul /Trend/
Misir Xarici İşlər Nazirliyi ölkədəki vəziyyət haqqında İran rəsmi şəxslərinin dəfələrlə bəyanatlarına öz hiddətini bildirib. Trend-in RİA Novosti agentliyinə istinadən, bu barədə çərşənbə günü Misir KİV-ləri bildiriblər.
"Belə bəyanatlar Misirin daxili işlərinə yolverilməz müdaxilədir", - Xarici İşlər Nazirliyinin mətbuat katibi Badr Abdel Atı vurğulayıb.
İran siyasətçiləri bundan əvvəl islamçı prezident Məhəmməd Mursinin misir hərbçiləri tərəfindən devirməsinə öz neqativ münasibətindən dəfələrlə bildiriblər. Bir gün əvvəl Misirdəki vəziyyət haqqında növbəti bəyanatla İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Araqçı çıxış edib.
Onun sözlərinə görə, " misir silahlı qüvvələrinin siyasi sferaya müdaxiləsi qəbuledilməzdir və böyük narahatçılığa səbəb olur". Araqçı həmçinin deyib ki, İran Misirdə günahsız insanların qətllərini qınayır.