...

ABŞ-ın BMT yanında daimi nümayəndəsi: Suriya rejimi kimyəvi silahın bir hissəsini istifadə edib

Dünya xəbərləri Materials 7 Sentyabr 2013 07:17 (UTC +04:00)
Suriya hakimiyyəti onlarda olan kimyəvi silahın yalnız kiçik bir hissəsini istifadə edib.
ABŞ-ın BMT yanında daimi nümayəndəsi: Suriya rejimi kimyəvi silahın bir hissəsini istifadə edib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Suriya hakimiyyəti onlarda olan kimyəvi silahın yalnız kiçik bir hissəsini istifadə edib. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə cümə günü ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer bildirib.

"Bizim fikirimizcə, avqustun 21-də Əsəd əvvəlkindən daha çox kimyəvi silahdan istifadə etsə də, onun çox böyük ehtiyatlarından yalnız balaca bir qismi istifadə edilib," - Pauer Vaşinqtonda çıxış edərkən deyib.

Onun sözlərinə görə, kimyəvi silahların tətbiqi - "ən dəhşətli qətl üsuludur".

Lakin ABŞ başa düşür ki, Suriyada vətəndaş müharibəsi zamanı hər iki tərəf vəhşilik tətbiq edir, Pauer qeyd edib. "Biz prezident Əsədin qətllər törədən taktikasından narahatıq, biz həmçinin Əsəd əleyhinə çıxan ekstremistlərin törədikləri vəhşiliklərdən də narahatıq," - BMT yanında ABŞ nümayəndəsi deyib.

ABŞ Suriyanı avqustun 21-də Dəməşq ətrafında kimyəvi silahların kütləvi şəkildə tətbiq edilməsində günahlandırır. Amerika kəşfiyyatının məlumatına görə, hücum nəticəsində, 1,4 mindən çox adam həlak olub. ABŞ Prezidenti Barak Obama Suriyaya hərbi zərbə endirmə üçün konqresə müraciət edib.

Xəbər lenti

Xəbər lenti