...

Bakıda Koreya Respublikasının Milli Bayram Günü qeyd edilib

Dünya xəbərləri Materials 2 Oktyabr 2013 23:36 (UTC +04:00)
Bugün Bakıda Koreya Respublikasının Milli Bayram Günü münasibətilə rəsmi qəbul keçirilib.
Bakıda Koreya Respublikasının Milli Bayram Günü qeyd edilib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Bugün Bakıda Koreya Respublikasının Milli Bayram Günü münasibətilə rəsmi qəbul keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-inn bu günün Azərbaycanda qeyd olunmasından məmnun olduğunu diqqətə çatdırıb.

Azərbaycan ilə Koreya Respublikası arasında diplomatik münasibətlərin qurulmasından 21 il ötdüyünü vurğulayan səfir iki ölkə arasında uğurlu əməkdaşlığın qurulmasını diqqətə çatdırıb.

Səfir Azərbaycan və Koreya Respublikası arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurla davam etdirilməsindən məmnunluğunu bildirib.

Səfir həmçinin iki ölkənin beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası çərçivəsində sıx əməkdaşlığından söhbət açıb.

Daha sonra tədbirdə çıxış edən Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov Azərbaycan dövləti adından Koreya xalqını Milli Bayram münasibətilə təbrik edib.

M.Pənahov qeyd edib ki, Koreya Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin proritetlərindən biridir.

Nazir müavini bildirib ki, iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi bu əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verir.

M.Pənahov deyib ki, Azərbaycan ilə Koreya Respublikası arasında imzalanan 50-ə qədər sənəd iki ölkə arasında əməkdaşlıq üçün əlverişli qanuni baza yaradıb.

Nazir müavini əlavə edib ki, Koreya Respublikası Dağlıq Qarabağ münaqişəsində də Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və Azərbaycanın ərazi bütövlüyünə hörmət edir. M.Pənahov deyib ki, iki ölkə arasında nəqliyyat, təhsil, səhiyyə, mədəni və digər sahələrdə əməkdaşlıq uğurla davam etdirilir.

Xəbər lenti

Xəbər lenti