Gürcüstan, Tbilisi, 15 oktyabr /Trend, müxbir N.Kirtsxalia/
Gürcüstan müdafiə nazirinin müavini Mixail Darçiaşvili İsrail səfiri Yuval Fuksla görüş keçirib.
Trend-ə daxil olan məlumata görə, tanışlıq xarakter daşıyan görüşdə regional təhlükəsizlik və gələcək müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazir müavini müdafiə sistemində keçirilən islahatlarla qonağı tanış edib.
Tərəflər həmçinin hərbi təhsil və tibb sahəsində əməkdaşlığa, eləcə də birgə layihələrin həyata keçirilməsi imkanlarına toxunublar.