Azərbaycan, Bakı, 27 noyabr / Trend/
Tərəflər normal şərtlərlə razılığa gələndə və Ukrayna iqtisadi cəhətdən buna hazır olanda Avropaya inteqrasiya haqqında assosiasiyası sazişini imzalayacaq. Trend-in məlumatına görə, bu barədə Ukrayna Prezidenti Viktor Yanukoviç ölkənin televiziya kanallarına müsahibəsində deyib. Xəbəri UUN agentliyi yayıb.
Yanukoviç bildirib: "Biz özümüz üçün rahat olan səviyyəyə çatan kimi və saziş bizim maraqlarımıza cavab verdikdə, biz normal şərtlərlə razılığa gələ bildikdə imzalanma haqqında danışıqlar aparacağıq. Biz heç yerdə əlini uzatmış "kasıb qohum" ola bilmərik".
Onun sözlərinə görə, o cümlədən xarici siyasət üzrə qəbul edilən istənilən dövlət qərarının əsasında Ukraynanın milli maraqları dayanmalıdır: "Əsas amillər Ukraynanın maraqlarıdır. Biz və şəxsən mən daim qəbul edilən hər hansı qərarın əsasına yalnız Ukraynanın maraqlarını, milli maraqları qoyuruq".
Viktor Yanukoviç onu da bildirib ki, Ukrayna özünün bütün xarici siyasət tərəfdaşları ilə qarşılıqlı faydalı münasibətləri dəstəkləməlidir.