Azərbaycan, Bakı, 2 dekabr /Trend/
Hazırda xəstəxanaya yerləşdirilən hüquq-mühafizə orqanları əməkdaşlarının sayı 75 nəfərdir. Trend-in "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda deyilir.
DİN-in məlumatına görə, ümumilikdə 140 hüquq-mühafizə orqanı əməkdaşı tibbi yardım üçün müraciət edib. Xəsarət alanların əksəriyyəti kəllə-beyin travması alıblar və naməlum qazabənzər maddə ilə zəhərləniblər. Milis işçilərindən 5-i ağır vəziyyətdədir.
Qeyd edək ki, dekabrın 1-də Kiyevdə hüquq-mühafizə əməkdaşları kütləvi nümayiş zamanı asayişi qoruyarkən xəsarətlər alıblar.