...

İranda təyyarə təcili eniş edib

Dünya xəbərləri Materials 9 Dekabr 2013 09:40 (UTC +04:00)
Ötən gün səhər Yəsucdan Tehrana uçan təyyarə hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra təcili eniş edib.
İranda təyyarə təcili eniş edib

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir T.Cəfərov/

Ötən gün səhər Yəsucdan Tehrana uçan təyyarə hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra təcili eniş edib. Trend-in xəbərinə görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews bu gün məlumat verib.

Məlumata əsasən, təyyarə Yəsuc hava limanından qalxdıqdan sonra motorlarının birində texniki nasazlıq yaranıb və motor sönüb. Pilotun ustalığı nəticəsində təyyarə hava limanına təcili endirilib.

Təyyarədə 60 sərnişin olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti