...

Montrödə Əsəd tərəfdarları mitinq keçirirlər

Dünya xəbərləri Materials 22 Yanvar 2014 13:44 (UTC +04:00)
Suriya Prezidenti Bəşər Əsədin tərəfdarları Suriya üzrə "Cenevrə-2" beynəlxalq konfransının keçirildiyi "Montrö Palas" hotelinin qarşısında ölkə liderinə dəstək mitinqi keçirirlər.
Montrödə Əsəd tərəfdarları mitinq keçirirlər

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Suriya Prezidenti Bəşər Əsədin tərəfdarları Suriya üzrə "Cenevrə-2" beynəlxalq konfransının keçirildiyi "Montrö Palas" hotelinin qarşısında ölkə liderinə dəstək mitinqi keçirirlər.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, əllərində Suriya bayraqları və Bəşər Əsədin portretləri olan 200 nəfərə yaxın adam küçədə toplaşıb.

Onlar "Montrö Palas" hotelinə daxil ola bilmirlər. Çünki konfransın keçirildiyi yerə yalnız danışıqların iştirakçısı olan ölkələrin nümayəndə heyətlərinin üzvləri və qeydiyyatdan keçmiş jurnalistlər buraxılırlar.

Polis sipərinin yanında toplaşan suriyalılar "Suriya Bəşərlə", "Bəşər bizimlədir" şüarları səsləndirirlər və konfransın keçirildiyi yerə gedən yolu bağlamağa çalışırlar. Polis nümayişin dinc xarakter daşıdığını, buna görə də hələlik dağıdılmadığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti