...

"Cenevrə-2" konfransında müxalifət hakimiyyətlə görüşdən imtina edib

Dünya xəbərləri Materials 24 Yanvar 2014 15:02 (UTC +04:00)
Suriya hökuməti ilə müxalifət nümayəndələrinin cümə günü səhər baş tutmalı olan görüşü qeyri-müəyyən müddətə təxirə salınıb.
"Cenevrə-2" konfransında müxalifət hakimiyyətlə görüşdən imtina edib

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Suriya hökuməti ilə müxalifət nümayəndələrinin cümə günü səhər baş tutmalı olan görüşü qeyri-müəyyən müddətə təxirə salınıb. Buna səbəb müxalifətin bu görüşü BMT və ƏDL-in xüsusi nümayəndəsi Lahdar Brahiminin iştirakı ilə keçirilməsini istəməməsi olub. Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Suriya Prezidentinin müşaviri Buseyn Şaaban deyib.

B.Şaaban bildirib: "Biz bu gün danışıqlar prosesinə başlamalı idik, lakin səhər Brahimi bizə zəng vurub dedi ki, müxalifət bu görüşdən imtina edir".

Onun sözlərinə görə, hazırkı məqamda L.Brahimi müxalifət və hökumət nümayəndələri ilə ayrı-ayrılıqda görüş keçirir: "Bundan sonra biz gələcək prosesin necə davam edəcəyinə baxacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti