...

Rusiya XİN bütün silahlı münaqişələrin iştirakçılarını "Olimpiya barışığı" elan etməyə çağırır

Dünya xəbərləri Materials 6 Fevral 2014 10:52 (UTC +04:00)
Rusiya XİN bütün silahlı münaqişələrin iştirakçılarını, ilk növbədə Suriyanı Olimpiya və Paralimpiya oyunları zamanı barışıq elan etməyə çağırır.
Rusiya XİN bütün silahlı münaqişələrin iştirakçılarını "Olimpiya barışığı" elan etməyə çağırır

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Rusiya XİN bütün silahlı münaqişələrin iştirakçılarını, ilk növbədə Suriyanı Olimpiya və Paralimpiya oyunları zamanı barışıq elan etməyə çağırır. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i ölkənin XİN rəhbərinin bəyanatına istinadən xəbər yayıb.

Cümə axşamı Rusiya XİN-in saytında dərc olunmuş məlumatda deyilir: "Qış olimpiadasının təşkilatçısı kimi Rusiya Federasiyası ölkəsindən və qitəsindən asılı olmayaraq bütün silahlı münaqişələrin iştirakçılarını israrla bu dövrdə "Olimpiya barışığı" elan etməyə çağırır. İlk növbədə bizim çağırışımız Suriyadakı qanlı münaqişə tərəflərinə yönəlib. Bu münaqişə təkcə bu ölkədə deyil, ümumilikdə bütün regiondakı vəziyyətə ciddi qeyri-sabit təsir göstərir".

Rusiya XİN-dən xatırladıblar ki, bu addım 2013-cü il noyabrın 6-dan Rusiyanın təşəbbüsü ilə qəbul edilmiş BMT Baş Assambleyasının 68/9 saylı "Planetdə Olimpiya ideallarının təcəssümü və idman vasitəsilə sülhün və daha xoşbəxt həyatın təsdiqi" qətnaməsi ilə uyğun gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti