...

Milis Donetsk vilayət administrasiyasının binasını azad edib

Dünya xəbərləri Materials 6 Mart 2014 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart/Trend/

Ukraynanın hüquq-mühafizə orqanları əməkdaşları bu gün səhər saatlarında Donetsk vilayətinin dövlət administrasiyası binasını azad ediblər.

Binada yerli referendumun keçirilməsinin tərəfdarları olub. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, 70-ə yaxın insan saxlanılıb.

Milis, həmçinin "xalq qubernatoru" Pavel Qubarevi saxlayıb.

Hazırda administrasiya binası hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən əhatəyə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti