Krımda yeni konstitusiya qəbul edilib

Dünya xəbərləri Xəbər 11 Aprel 2014 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Cümə günü Krımda de-fakto parlament tərəfindən regionun yeni konstitusiyası təsdiqlənib. Trend-in məlumatına görə, xəbəri Rusiya KİV-i yayıb.

Konstitusiya layihəsinin lehinə 88 deputat səs verib.

Qeyd edək ki, martın 16-da Krımda muxtar respublikanın statusu haqqında referendum keçirilib. Martın 18-də isə Rusiya və Ukraynanın Krım regionu Krımın və Sevastopol şəhərinin RF-nin tərkibinə daxil olması haqqında saziş imzalayıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti