...

KİV: Bolqarıstan "Cənub axını" borusunu söküb

Dünya xəbərləri Materials 17 Aprel 2014 12:57 (UTC +04:00)
Bolqarıstan öz ərazisində "Cənub axını" neft kəmərinin borusunu birinci qaynaq olunmuş tikişlə söküb.
KİV: Bolqarıstan "Cənub axını" borusunu söküb

Azərbaycan, Bakı, 17 aprel / Trend/

Bolqarıstan öz ərazisində "Cənub axını" neft kəmərinin borusunu birinci qaynaq olunmuş tikişlə söküb. Trend-in məlumatına görə, bu barədə "RBK-Ukrayna" Bolqarıstanın "Bivol" nəşrinə istinadən xəbər yayıb.

Nəşr yazır: "Bu, Avropa Parlamentinin "Cənub axını"nın həyata keçirilməməsi haqqında qərar qəbul etməsindən sonra baş verib".

Birinci qaynaq tikişi Bolqarıstan ərazisindən keçəcək Rusiyanın boru kəmərinin tikintisinə başlamağın rəmzi kimi 2013-cü ilin oktyabrında Rusiyanın "Qazprom" şirkətinin nümayəndələrinin iştirakı ilə edilmişdi.

Aprelin 17-də Avropa Parlamenti "Cənub axını" layihəsinin reallaşdırılmasının dayandırılmasını nəzərdə tutan qətnaməyə baxmağa hazırlaşır. Onu Avropa Xalqları Partiyasının, Avropa sosialistləri, liberallar, yaşıllar və mühafizəkarların nümayəndələri hazırlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti