...

Suriyadan minaatan mərmiləri Türkiyə ərazisinə düşüb

Dünya xəbərləri Materials 25 Aprel 2014 07:15 (UTC +04:00)
Cümə axşamı Suriyadan iki minaatan mərmi Türkiyə ərazisində partladı.
Suriyadan minaatan mərmiləri Türkiyə ərazisinə düşüb

Azərbaycan, Bakı, 25 aprel / Trend

Cümə axşamı Suriyadan iki minaatan mərmi Türkiyə ərazisində partladı.

Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Mərmilər Hatay vilayətinə düşüb. Xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Suriyada üç ilə yaxın davam edən münaqişə 140 mindən çox insanın həyatına son qoyub. Təxminən 9.5 milyon insan evlərini tərk etməyə məcbur olub.

Xəbər lenti

Xəbər lenti