...

Xarkovda ekstremist qrup ifşa edilib

Dünya xəbərləri Materials 1 May 2014 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend/

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Xarkov bölgəsində ekstremist qrupun təxribatçı fəaliyyətini ifşa edib və qarşısını alıb. Trend-in cümə axşamı UNİAN-a istinadən verdiyi məlumata görə, ekstremist qrup bölgədə may ayındakı bayramlar zamanı təxtibatçı aksiya planlaşdırırmış.

Qrup iştirakçıları Qələbə günündə kütləvi tədbirlər zamanı partlayışlar törətmək istəyib.

UTX məlumat verib ki, Cinayət Məcəlləsinin dövlət quruluşunu zorla dəyişməyə yönəldilmiş fəaliyyət haqqında maddəsi çərçivəsində "Velikaya Rus" İctimai Birliyinin lideri Yuri Apuxtin saxlanılıb.

Birliyin ofisində silah-sursat tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti