...

İranda iki İspaniya vətəndaşı həbs olunub

Dünya xəbərləri Materials 5 May 2014 09:19 (UTC +04:00)
İranın İlam şəhərində iki ispaniya vətəndaşı həbs olunub.
İranda iki İspaniya vətəndaşı həbs olunub

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir T.Cəfərov/

İranın İlam şəhərində iki İspaniya vətəndaşı həbs olunub. Həbs olunan ispanlar qadağan olunmuş meşə ərazisində qanunsuz ov etdikləri üçün saxlanılıblar. Bunu İranın İlam şəhəri üzrə Ətraf Mühitin Mühafizəsi təşkilatının sədri Qulamhüseyn Kazimi deyib.

Trend-in İranın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, Q.Kazimi deyib ki, həmin iki nəfər gecə vaxtı ov üçün qadağan olunmuş ərazidə Agama adı ilə tanınan kərtənkələlər tutmağa cəhd göstəriblər. O, iki nəfər barəsində cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti