...

Liviya sahillərində miqrantlarla dolu gəmi batıb

Dünya xəbərləri Materials 13 May 2014 01:43 (UTC +04:00)
İtaliyanın Lampeduza adasına getmək istəyən onlarla miqrantla dolu gəmi Liviya sahillərində batıb.
Liviya sahillərində miqrantlarla dolu gəmi batıb

Azərbaycan, Bakı, 13 may /Trend/

İtaliyanın Lampeduza adasına getmək istəyən onlarla miqrantla dolu gəmi Liviya sahillərində batıb. İlkin məlumatlara görə, ən azı 14 nəfər həlak olub. Trend BBC telekanalına istinadən bu barədə məlumat verir.

Təxminən 200 nəfər xilas edilib. İtaliya Hərbi Dəniz Qüvvələrinin nümayəndələri bildiriblər ki, insanların axtarışında kömək etmək üçün qəza yerinə freqat və helikopter göndərilib.

Sonuncu belə hadisə cəmi bir həftə əvvəl baş verib. Liviya hakimiyyətindən verilən məlumata görə, ötən cümə axşamı çevrilmiş qayıq 36 mühacirin həyatına son qoyub.

Avropaya qədər getmək istəyən qeyri-leqal miqrantlar üçün Afrika sahillərindən cəmi 290 km məsafədə yerləşən Lampeduza adası əsas cazibə nöqtəsidir.

Maltanın baş naziri ötən il mövcud miqrasiya qaydalarını dəyişməyə çağırıb və bəyan edib ki, Şimali Afrika bölgəsində Aralıq Dənizi məzarlığa çevrilir.

Xəbər lenti

Xəbər lenti