...

Türkiyə hərbi təlimlər keçirir

Dünya xəbərləri Materials 29 May 2014 03:42 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri EFES-2014 şərti adı altında hərbi təlimlərə başlayıb.
Türkiyə hərbi təlimlər keçirir

Azərbaycan, Bakı, 29 may / Trend /

Türkiyə Silahlı Qüvvələri EFES-2014 şərti adı altında hərbi təlimlərə başlayıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən xəbər verir.

Təlimlərə 50 təyyarə, 40 gəmi, 70 kater, 40 helikopter, 60 tank, 100 artilleriya topu, 1100 tırtıllı və təkərli nəqliyyat vasitəsi cəlb olunub.

Təlimlər iyunun beşində başa çatacaq.

Xəbər lenti

Xəbər lenti