...

Erməni deputatlar NATO-nun Bakıdakı seminarında iştirak etmək istəyirlər

Dünya xəbərləri Materials 9 İyun 2014 14:36 (UTC +04:00)
Ermənistan parlamentinin deputatları NATO-nun Bakıdakı "Rose Roth" seminarında iştirak etmək istəklərini ifadə ediblər.
Erməni deputatlar NATO-nun Bakıdakı seminarında iştirak etmək istəyirlər

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Ermənistan parlamentinin deputatları NATO-nun Bakıdakı "Rose Roth" seminarında iştirak etmək istəklərini ifadə ediblər. Bu barədə bazar ertəsi jurnalistlərə bu ölkənin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Kopyun Naqapetyan bildirib. Trend-in məlumatına görə, xəbəri "news.am" saytı yayıb.

Onun sözlərinə görə, Ermənistan parlamentinin deputatları təhlükəsizliklərinə zəmanət verilməsi şərti ilə gəlmək istəyirlər. Naqapetyan əlavə edib: "Biz 2015-ci ildə seminarın Yerevanda keçirilməsi təklifi ilə çıxış etmişik".

"Rose Roth"-un növbəti seminarı 2014-cü ilin iyununda Bakıda keçiriləcək. Seminarlar 1990-cı ildən keçirilir və Mərkəzi və Şərqi Avropa ölkələrinin parlamentləri ilə Şimali Atlantika Alyansının tərəfdaşlığının möhkəmləndirilməsinə yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti