...

Ukrayna parlamenti qismən səfərbərlik elan edib

Dünya xəbərləri Materials 22 İyul 2014 14:42 (UTC +04:00)
Ali Radanın xalq deputatları Ukrayna Prezidentinin "Qismən səfərbərlik haqqında" sərəncamını təsdiqləyiblər. Qərarın lehinə 232 xalq deputatı səs verib.
Ukrayna parlamenti qismən səfərbərlik elan edib

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Ali Radanın xalq deputatları Ukrayna Prezidentinin "Qismən səfərbərlik haqqında" sərəncamını təsdiqləyiblər. Qərarın lehinə 232 xalq deputatı səs verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Ukrinform" xəbər yayıb.

Qanuna görə, səfərbərlik qərarın qüvvəyə mindiyi gündən 45 sutka ərzində həyata keçirilir.

Qanuna izahedici qeyddə deyilir: "Qismən səfərbərlik haqqında qərarın qəbul edilməsi zərurəti Ukrayna ərazisində dinc sakinlərin, hərbi qulluqçuların, hərbi qurumların və hüquq-mühafizə orqanlarının işçilərinin ölümünə səbəb olan terrorizm təzahürlərinin yayılmasından irəli gəlir".

Həmçinin səfərbərliyin tətbiqi üçün səbəb "sərhəddə Rusiya qoşunlarının cəmləşməsi" olub.

Sənəddə deyilir: "Qismən səfərbərliyin elan edilməsi zəruriliyi, həmçinin Ukraynanın dövlət sərhədinin yanında Rusiya Federasiyasının əhəmiyyətli hücum potensialına malik qoşun qruplaşmalarının cəmləşdirilməsi, hücum təhlükəsi, Ukraynanın dövlət müstəqilliyinə təhlükədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti