...

Bolqarıstanda hərbi zavod partlayıb

Dünya xəbərləri Materials 8 Avqust 2014 13:40 (UTC +04:00)
Bu gün səhər saatlarında Bolqarıstanın Kostenets şəhərindəki hərbi zavodda güclü partlayış baş verib.
Bolqarıstanda hərbi zavod partlayıb

Azərbaycan, Bakı, 8 avqust/Trend/

Bu gün səhər saatlarında Bolqarıstanın Kostenets şəhərindəki hərbi zavodda güclü partlayış baş verib. Trend-in cümə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 10 nəfər xəsarət alıb.

İnsident hərbi sursatların utilizasiyası ilə məşğul olan "TEREM - Tsar Samuil" zavodunda qeydə alınıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti