...

Barak Obama və Aİ ölkələrinin liderləri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə ediblər

Dünya xəbərləri Materials 5 Sentyabr 2014 00:06 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama və Avropa İttifaqının ölkələrin bəzi liderləri, o cümlədən Ukrayna cümə axşamı keçirilən görüşdə Rusiyaya qarşı yeni sanksiyaların təqbiqini müzakirə ediblər.
Barak Obama və Aİ ölkələrinin liderləri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə ediblər

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

ABŞ Prezidenti Barak Obama və Avropa İttifaqının ölkələrin bəzi liderləri, o cümlədən Ukrayna cümə axşamı keçirilən görüşdə Rusiyaya qarşı yeni sanksiyaların təqbiqini müzakirə ediblər.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods bəyanatında deyib.

Ben Rodsun sözlərinə görə, Prezident Obama Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Ukrayna liderləri ilə görüşüb. Görüşdə bir daha qeyd edilib ki, Ukraynada demokratiyanın dəstəklənməsi üçün bu ölkəyə qarşı həmrəylik nümayiş etdirilməlidir.

Liderlər bir daha Rusiyanın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə pozmasını pisləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti