...

Gümrüdə Ermənistan-Belarus birgə kənd təsərrüfatı müəssisəsi yaradıla bilər

Dünya xəbərləri Materials 15 Sentyabr 2014 11:39 (UTC +04:00)
Gümrüdə Ermənistan-Belarus birgə kənd təsərrüfatı müəssisəsi yaradıla bilər. Bu barədə əməkdaşlıq üzrə Ermənistan-Belarus hökumətlərarası komissiyasının həmsədri, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov komissiyanın şənbə günü keçirilən iclasının yekunları ilə bağlı bəyan edib.
Gümrüdə Ermənistan-Belarus birgə kənd təsərrüfatı müəssisəsi yaradıla bilər

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Gümrüdə Ermənistan-Belarus birgə kənd təsərrüfatı müəssisəsi yaradıla bilər. Bu barədə əməkdaşlıq üzrə Ermənistan-Belarus hökumətlərarası komissiyasının həmsədri, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov komissiyanın şənbə günü keçirilən iclasının yekunları ilə bağlı bəyan edib. Bu barədə Trend Ermənistanın ARKA agentliyinə istinadən xəbər verir.

O qeyd edib ki, iclasda Gümrüdən Minskə birbaşa aviareysin açılması məsələsi də müzakirə edilib.

Öz növbəsində, komissiyanın Belarusdan olan həmsədri, Belarus parlamentinin Nümayəndələr Palatası sədrinin müavini Viktor Quminski qeyd edib ki, iclasda çox mühüm qərarlar qəbul edilib.

Statistik rəqəmlərə əsasən, 2014-cü ilin birinci yarısında Ermənistanla Belarus arasında əmtəə dövriyyəsi təxminən 16,2 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti