...

BMT: İran və 5+1 ölkələri arasında razılığın əldə olunması dünya ictimaiyyətinin xeyrinədir

Dünya xəbərləri Materials 29 Oktyabr 2014 14:13 (UTC +04:00)
İran və 5+1 ölkələri arasında nüvə məsələləri ilə bağlı müzakirələr son mərhələyə yaxınlaşıb.
BMT: İran və 5+1 ölkələri arasında razılığın əldə olunması dünya ictimaiyyətinin xeyrinədir

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

İran və 5+1 ölkələri arasında nüvə məsələləri ilə bağlı müzakirələr son mərhələyə yaxınlaşıb. Bunu BMT baş katibinin birinci müavini Yan Eliasson bu gün BMT-nin yaranmasının ildönümü münasibətilə Tehranda keçirilən mərasimdə çıxışı zamanı deyib.

Trend-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, Y.Eliasson bildirib: "Ümid edirik ki, müzakirələrdən müsbət nəticələr əldə olunacaq, çünki razılığın əldə olunması dünya ictimaiyyətinin xeyrinədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti