...

Radaya seçkilərdə səslərin 100 faizinin hesablanmasından sonra "Xalq cəbhəsi" qalib gəlib

Dünya xəbərləri Materials 8 Noyabr 2014 03:16 (UTC +04:00)
Ukraynanın Ali Radasına partiya siyahıları üzrə protokolların 100% -nin hesablanmasından sonra baş nazir Arseniy Yatsenyukun "Xalq cəbhəsi" 22,14% toplayaraq seçkilərdə qalib gəlib.
Radaya seçkilərdə səslərin 100 faizinin hesablanmasından sonra "Xalq cəbhəsi" qalib gəlib

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Ukraynanın Ali Radasına partiya siyahıları üzrə protokolların 100% -nin hesablanmasından sonra baş nazir Arseniy Yatsenyukun "Xalq cəbhəsi" 22,14% toplayaraq seçkilərdə qalib gəlib. "Pyotr Poroşenkonun bloku" 21,81% səs toplayıb. Trend Ukrayna MSK-ya istinadən bu barədə məlumat verir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Radaya daha dörd partiya keçib. Lvov meri Andrey Sadovoyun "Özünə yardım" partiyası 10,97% səs toplayıb, "Müxalifət bloku"na daxil olan Regionlar partiyasının bir çox keçmiş üzvləri - 9,43%, "Oleq Lyaşkonun Radikal partiyası" səslərin 7,44% -ni toplayıb, sabiq baş nazir Yuliya Timoşenkonun "Batkivşina"sı isə- 5,68% səstoplayıb.

Digər partiyalar beş faizlik baryeri aşa bilməyiblər.

Xəbər lenti

Xəbər lenti