Azərbaycan, Bakı, 12 noyabr /Trend/
Yaponiyada ölkənin silahlı qüvvələrinin gücləndirilməsinə etiraz edən bir nəfər özünü yandırıb. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, özünü yandıran kişi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Onun şəxsiyyəti hələ müəyyənləşdirilməyib.
Qeyd edək ki, Yaponiya konstitusiyasında kollektiv müdafiə haqqını tətbiq etməyə imkan verən düzəliş edilib. Bunun sayəsində Yaponiya özü hücuma məruz qalmasa da, hərbi müttəfiqlərinə kömək edə bilər.