Azərbaycan, Bakı, 20 noyabr /Trend/
Ermənistan atom elektrik stansiyası (AES) noyabrın 18-də elektrik enerjisinin istehsalını bərpa edib və respublikanın enerji sisteminə qoşulub. Trend-in məlumatına görə, bunu Ermənistan AES-in mətbuat xidmətindən "Novosti Armeniya" agentliyinə deyiblər.
AES sentyabrın 27-də elektrik enerjisinin istehsalı üzrə şəbəkədən çıxarılmışdı. Məqsəd yanacağın yüklənməsi, illik planlı təmir və təhlükəsizlik səviyyəsinin artırılması üzrə tədbirlərin görülməsi olub.
AES 1970-ci ildə tikilib.