Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyədə "İslam Dövləti" terror təşkilatı ilə əlaqəyə görə 2 760 nəfər həbs olunub. Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata görə, bunu ölkənin ədliyyə naziri Bəkir Bozdağ deyib.
Onun sözlərinə görə, həbs olunanların ümumi sayından 16 nəfər Türkiyə, 700 nəfər isə Suriya vətəndaşıdır.
Nazir həbs olunan digər 2044 nəfərin hansı ölkələrin vətəndaşı olduğu barədə məlumat verməyib.