...

Rusiya vitse-spikerinin köməkçisi 18-ci mərtəbədən yıxılaraq ölüb

Dünya xəbərləri Materials 27 Noyabr 2014 12:51 (UTC +04:00)
Rusiya Dövlət Dumasının vitse-spikerinin köməkçisi Moskvanın şərqində binanın 18-ci mərtəbəsindən yıxılaraq ölüb.
Rusiya vitse-spikerinin köməkçisi 18-ci mərtəbədən yıxılaraq ölüb

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Rusiya Dövlət Dumasının vitse-spikerinin köməkçisi Moskvanın şərqində binanın 18-ci mərtəbəsindən yıxılaraq ölüb. Trend xəbər verir ki, bu barədə "İnterfaks"a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Məlumata görə, dünən gündüz saatlarında 14 saylı binanın yanında 32 yaşlı Pavel Abakumovun meyiti tapılıb. Müəyyən olunub ki, o, binanın 18-ci mərtəbəsindən yıxılıb. Ölən şəxsin üzərində Dövlət Dumasının deputatı Vladimir Basilyevin köməkçisi vəsiqəsi aşkar olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti