...

Pakistanda üç günlük matəm elan edildi

Dünya xəbərləri Materials 16 Dekabr 2014 16:27 (UTC +04:00)
Pakistanda taliblərin Pişəvər şəhərindəki məktəbə hücumu nəticəsində 130 nəfərin həlak olması ilə əlaqədar üç günlük matəm elan edilib.
Pakistanda üç günlük matəm elan edildi

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Pakistanda taliblərin Pişəvər şəhərindəki məktəbə hücumu nəticəsində 130 nəfərin həlak olması ilə əlaqədar üç günlük matəm elan edilib. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Pakistanın Baş naziri Nəvaz Şərif bildirib.

Baş nazir deyib: "Biz ölkəmiz terrorizmdən tamamilə təmizlənənə qədər mübarizə aparacağıq və hər cür səy göstərəcəyik. Biz yaranmış vəziyyəti Əfqanıstanla müzakirə etdik və terrorla birgə mübarizə aparacağıq".

Qeyd edək ki, bu gün altı yaraqlı Pişəvər şəhərindəki məktəbə hücum edib. Ekstremistlər avtomat silah, qumbaralarla silahlanıblar. Onların bir neçəsində "şəhid kəməri" olub. Ölkənin güc qüvvələri terrorçulardan üçünü məhv edə bilib, biri isə özünü partladıb. Digər terrorçular binada barrikada qurublar. Ona görə də uşaqları uzun müddət təxliyə etmək mümkün olmayıb.

Yerli vaxtla saat 15:30-da demək olar ki, tamamilə dağılmış binada üç güclü partlayış baş verib.

Son məlumatlara görə, 130 nəfər hücumun qurbanı olub, onlardan ən azı 100 nəfər uşaqdır. 120-dən çox şəxs yaralanıb, onları xəstəxanalara odlu silah və qəlpə yaraları ilə yerləşdiriblər. Hücum zamanı məktəbdə 500-dək şagird və müəllim olub.

Pişəvərdəki bütün tibb müəssisələri təcili iş rejiminə keçib, sakinlərə yaralılara qan verməklə bağlı çağırış edilib. Xəstəxanalara yerləşdirilən yaralıların əksəriyyətinin vəziyyəti ağır və son dərəcə ağır kimi qiymətləndirilir. Pakistandakı bütün təhsil müəssisələrində gücləndirilmiş mühafizə tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti