...

Fransa ölüm cəzasını bərpa edəcəkmi?

Dünya xəbərləri Materials 8 Yanvar 2015 18:30 (UTC +04:00)
Dünən Parisdə baş vermiş terror aktından sonra Fransada ölüm cəzasının bərpa edilməsi məsələsi gündəmə gəlib.
Fransa ölüm cəzasını bərpa edəcəkmi?

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Məftun Salmanov/

Dünən Parisdə baş vermiş terror aktından sonra Fransada ölüm cəzasının bərpa edilməsi məsələsi gündəmə gəlib.

Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, Milli Cəbhə Partiyasının lideri Jan-Mari Le Pen Fransada ölüm cəzasının yenidən tətbiq edilməsi üçün referendum keçirməyi təklif edib.

Onun sözlərinə görə, Fransa torpaqlarına sızan radikal dindarlığın qarşısının alınması və çox utanc gətirən hadisələrin baş verməməsi üçün ölüm cəzası zəruridir.

Qeyd edək ki, xanım J.L.Penin 2017-ci ildə Fransada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti