...

Türkiyə və Rusiya prezidentləri bu il də görüşə bilərlər

Dünya xəbərləri Materials 3 Fevral 2015 17:36 (UTC +04:00)
Ankara ümid edir ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü 2015-ci ildə, ola bilsin ki, Rusiyada keçiriləcək.
Türkiyə və Rusiya prezidentləri bu il də görüşə bilərlər

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Ankara ümid edir ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü 2015-ci ildə, ola bilsin ki, Rusiyada keçiriləcək. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım deyib.

Səfir qeyd edib ki, ötən il yüksək səviyyədə görüş Türkiyədə keçirildi: "Bu il ərzində də analoji görüş keçiriləcək".

V.Putin və R.T.Ərdoğanın görüşü ötən il dekabrın 1-də keçirilib. Həmin vaxt dövlət başçılarının təkbətək görüşü planlaşdırılandan təxminən 3 dəfə uzun çəkmişdi. Görüşdə Suriyada vəziyyətin nizamlanması və Ukraynadakı böhran da müzakirə edilib. V.Putin Türkiyəyə səfəri zamanı Qara dənizin dibi ilə yeni qaz kəmərinin tikiləcəyini bəyan etdi. Yeni qaz kəməri "Cənub axını" qaz kəmərinin əvəzinə çəkiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti