...

Rusiyada Su-24 təyyarələrinin uçuşları Volqoqraddakı qəzanın səbəbləri araşdırılanadək dayandırılıb

Dünya xəbərləri Materials 11 Fevral 2015 14:26 (UTC +04:00)
Rusiyanın Müdafiə Nazirliyi Volqoqraddakı qəzanın səbəbləri araşdırılanadək Su-24 döyüş bombardmançı təyyarələrinin uçuşlarını dayandırmağı qərar alıb.
Rusiyada Su-24 təyyarələrinin uçuşları Volqoqraddakı qəzanın səbəbləri araşdırılanadək dayandırılıb

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Rusiyanın Müdafiə Nazirliyi Volqoqraddakı qəzanın səbəbləri araşdırılanadək Su-24 döyüş bombardmançı təyyarələrinin uçuşlarını dayandırmağı qərar alıb. Trend xəbər verir ki, bu barədə RİA Novosti-yə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir: "RF SQ Baş qərargah rəisinin qərarı ilə Su-24 təyyarələrinin uçuşları hadisənin səbəbləri araşdırılanadək müvəqqəti dayandırılıb".

Bundan əvvəl verilən məlumatda deyilirdi: "Təyyarə Volqoqrad yaxınlığında "Marinovka" aerodromuna yaxın ərazidə qəzaya düşüb. Göyərtədə iki ekipaj üzvü olub, onların taleyi naməlumdur".

Ehtimala görə, təyyarənin qəzaya uğramasına səbəb texniki nasazlıq, yaxud ekipajın səhvi ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti