...

Ermənistan BMT İnsan Haqları Komitəsinin 3 tapşırığını icra etməyib

Dünya xəbərləri Materials 11 Fevral 2015 20:30 (UTC +04:00)
Ermənistan BMT-nin İnsan Haqları Komitəsinin 3 prioritet tapşırığını icra etməyib.
Ermənistan BMT İnsan Haqları Komitəsinin 3 tapşırığını icra etməyib

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Ermənistan BMT-nin İnsan Haqları Komitəsinin 3 prioritet tapşırığını icra etməyib. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Vətəndaş və siyasi hüquqlar mərkəzinin xarici əlaqələr şöbəsinin rəhbəri Vinsent Ploton deyib.

Onun sözlərinə görə, Ermənistan 1 mart hadisələrinin, hüquq-mühafizə orqanları tərəfindən zorakılığın tətbiq edilməsi və qanunsuzluqların araşdırılması üzrə tapşırıqları yerinə yetirməyib: "Bundan başqa ölkədə, şikayətlərin və işgəncə hallarının araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsi üzrə müstəqil mexanizm yoxdur. İcra edilməyən üçüncü tapşırıq isə müstəqil məhkəmə sistemin olmamasıdır".

"Human Right House"un nümayəndəsi Anna İnoçenti bəyan edib ki, Ermənistan rəhbərliyi ölkədə qadın-kişi bərabərliyi haqqında qanun qəbul etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti