...

Merkel: "Biz xəyala qapılmırıq"

Dünya xəbərləri Materials 12 Fevral 2015 15:39 (UTC +04:00)
"Normandiya dördlüyü"nün liderləri Ukraynada vəziyyətin nizamlanması ilə bağlı xəyala qapılmır, lakin vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün real şans var.
Merkel: "Biz xəyala qapılmırıq"

Azərbaycan, Bakı, 12 fevral /Trend/

"Normandiya dördlüyü"nün liderləri Ukraynada vəziyyətin nizamlanması ilə bağlı xəyala qapılmır, lakin vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün real şans var. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya Kansleri Angela Merkel bildirib.

Kansler jurnalistlərə deyib: "Biz fevralın 15-i saat 00:00-dan etibarən atəşkəs haqqında razılığa gəlmişik. Xəyala qapılmırıq və anlayırıq ki, hələ çox işləmək lazımdır. Amma vəziyyəti yaxşılaşdırmaq üçün real şans var".

Almaniya lideri Ukraynada vəziyyətin nizamlanması üzrə demək olar ki, 17 saatdan artıq davam edən danışıqlardan sonra Fransa Prezidenti Fransua Ollandla birgə brifinqdə çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti