Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkmənistan aprelin 24-də Çanaqqala zəfərinin ildönümünün qeyd edilməsi ilə bağlı tədbirdə iştirak edəcək.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Q.Berdiməhəmmədovun sözlərinə görə, Türkiyə və Türkmənistan strateji tərəfdaşdırlar və Aşqabad Ankara ilə münasibətləri yüksək qiymətləndirir: "Türkmənistan və Türkiyə əməkdaşlığı davam etdirəcəklər".
Qeyd edək ki, Türkmənistanın dövlət başçısı Türkiyədə ikigünlük səfərdədir.