...

İspaniya Fransada qəzaya uğrayan təyyarədə 45 vətəndaşının öldüyünü təsdiq edib

Dünya xəbərləri Materials 24 Mart 2015 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 mart /Trend/

İspaniya Fransada A320 təyyarəsinin qəzaya uğraması nəticəsində 45 vətəndaşının öldüyünü təsdiq edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, insident Yuxarı Provansın Alp departamentində baş verib.

Qəzaya uğramış "Airbus" təyyarəsi Barselonadan Düsseldorfa istiqamət almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti